Maraqlı

Ayaqlarınızın daim üşüməsi hansı xəstəlikdən xəbər verir?

3 Noyabr 2022 23:45
Baxış: 1 646
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ayaqlarda üşümək hissi diabet və vegetativ disfunksiyanın səbəbi ola bilər.

Bu barədə "ura.ru"ya müsahibəsində Hemotest laboratoriyasının nevroloqu, tibb elmləri namizədi Yekaterina Demyanovskaya danışıb.

"Ayaqlarda soyuqluq hiss etmək müxtəlif səbəblərdən yarana bilər: dəmir çatışmazlığı anemiyası, ateroskleroz, şəkərli diabet, vegetativ disfunksiya, hiperhidroz, hipotiroidizm və qan təzyiqinin aşağı olması. Diaqnozu dəqiqləşdirmək üçün xəstə hərtərəfli müayinədən keçməlidir.

Bunun üçün ilk növbədə qan analizi vermək lazımdır. Hemoqlobin səviyyəsi aşağıdırsa, bu, dəmir çatışmazlığı anemiyasının bir əlaməti ola bilər. Bu vəziyyət vegetarianlar üçün xüsusilə təhlükəlidir, çünki onların pəhrizində dəmirlə zəngin ət yoxdur.

Sonra mümkün qan dövranı pozğunluqlarını müəyyən etmək üçün damarları yoxlamaq lazımdır. Bundan əlavə, qanda qlükoza səviyyəsini və pankreas funksiyası ilə əlaqəli göstəriciləri araşdırmağı tövsiyə edirəm. Məhz bu testlər insanlarda şəkərli diabeti təyin etməyə imkan verir", - o, açıqlamasında qeyd edib..

Mütəxəssis əlavə edib ki, gənclikdə ayaqların mütəmadi olaraq donması vegetativ funksiyaların pozulması və ayaqların həddindən artıq tərləməsi ilə izah edilə bilər. Bu xəstəliklərdən şübhələnirsinizsə, cinsi hormonlar və tiroid hormonları ölçülməlidir./publika.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.