Maraqlı

Üzdəki şişkinliyi aradan qaldırmağın ən sadə üsulu

9 Oktyabr 2022 13:40
Baxış: 639
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cildə qulluq üsullarında xüsusən tərəvəzlərdən daha çox istifadə olunur. Bəs müxtəlif maska reseptlərində yer alan xiyarın şişkinliyə qarşı müalicəvi xüsusiyyətini bilirdinizmi?

Milli.Az Axşam.az-a istinadən xiyarla şişkinliyi azaldan və dəri altında iltihabı aradan qaldıran üsulu təqdim edir.

Öncədən qeyd edək ki, bu tərəvəz nəmləndirici özəlliyə malikdir. Sızanaqlara meylli dərilərdə müşahidə olunan qıcıqlanmanı və iltihabı azaldır.

Belə ki, üzünüzdəki şişkinliyi aradan qaldırmaq üçün bu tərəvəzi soyuducuda bir az dondurmağınız kifayətdir. Dondurulmuş xiyarla üzünüzü və ya bədəninizdə şiş olan bölgəni masaj edin.  

Bunun üçün xiyari dairəvi deyil, ortadan kəsməyiniz məsləhət görülür. Sonra dərini kəsilmiş tərəfi ilə massaj edin.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.