Maraqlı

Xərçəngə qarşı qalxan - Mədə və həzm sistemi üçün məlhəm

8 Oktyabr 2022 22:16
Baxış: 1 160
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Zeytunun necə faydalı bitki olduğu hər kəsə məlumdur. Uzun ömür üçün həkimlər qida rasionuna zeytun yağının əlavə edilməli olduğunu məsləhət görürlər.

Medicina.az xəbər verir ki, türk dietoloqu Serap Güzel zeytun yağının faydalarından bəhs edib. Sağlıq üçün vacib olan bitki yağlarından istifadənin üstünlüyünü vurğulayan dietoloq zeytunun möcüzə olduğunu bildirib. Onun sözlərinə görə, A və E vitamini ilə zəngin olan zeytun immun sistemini gücləndirərək xəstəliklərə qarşı bədəni daha güclü edir.

"Həzmi asan olduğundan mədə və həzm sistemi üçün qoruyucu məlhəm hesab edilir. Araşdırmalar zamanı zeytunun xərçəng xəstəliyinə qarşı qalxan rolu oynadığı təsdiqlənib", - deyə S.Güzel bildirib.

Qeyd edək ki, zeytun həmçinin tərəvəzlərlə birlikdə yeyilə bilər. Tərəvəzlərin kalorisi az olduğundan zeytun yağı ilə birlikdə qəbulu problem yaratmaz.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.