Maraqlı

Elektron siqaret çəkənləri müalicə etmək lazımdır - Ciddi təhlükədədirlər

11 Avqust 2022 21:25
0 Şərh     Baxış: 1 089
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Elektron siqaret - veypinqlər orqanizmə dağıdıcı təsir edir.

Milli.Az bakupost-a istinadən xəbər verir ki, Kopenhagen universitetinin alimləri veyplərin 90% orqanizmə zərərli təsirini sübut ediblər.

Baxmayaraq ki, məhsul istehsalçıları, hətta bəzən həkimlər insanları tütündən çəkindirərək, sağlamlıqlarını qorumaq üçün elekrtron siqaretlərə təhrik edir.
Son elmi araşdırmalar göstərib ki, veypinq 50% ağciyər xəstəliklərini artırır.

Eləcə də damarlarda tromb yaradaraq, ürək-damar, cinsi problemlər, ereksiya zəifliyi yaradır.

Veypinqin 71% halda ürək tutması, insult, 59% halda stenokardiyaya səbəb olduğu sübut olunub.

Əgər insan müəyyən müddət elektron siqaret çəkibsə və ya hazırda da veypinq çəkirsə, onun ciddi müayinəyə və müalicəyə ehtiyacı var.
Orqanizmin məhv olması baxımından bu adamların siqaret, tütün çəkənlərdən fərqi yoxdur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.