Maraqlı

Senator və həyat yoldaşı orqan alverinə görə həbs edildilər

11 İyul 2022 17:30
0 Şərh     Baxış: 772
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Nigeriyalı siyasətçi həmyerlisini Londona gətirməkdə və transplantasiya üçün ondan orqanı çıxarmağa çalışmaqda ittiham olunub.

Milli.Az bildirir ki, bu barədə Sky News xəbər verir.

İstintaq qurbanın Londonun Kamden səmtindəki "Royal Free Hospital"dan qaçıb polisə getməsindən sonra başlayıb. Məlum olub ki, 21 yaşlı gənc İngiltərəyə Nigeriya parlamentinin Enuqu əyalətindən senatoru olan 60 yaşlı İke Ekveremadu ilə birlikdə gəlib.

İstintaqın məlumatına görə, siyasətçi zorla Afrikadan həmyerlisini gətirib və qızına transplantasiya etmək üçün ondan böyrəyini çıxarmaq istəyib. Qaçaq "Royal Free Hospital"da bütün müayinələrdən keçdikdən sonra prosedurdan imtina etdiyini və qaçdığını bildirib. Bundan əlavə, o, Ekveremadunun onu buraxmaqdan imtina etdiyini və onunla "qul kimi" davrandığını iddia edir.

Senator və həyat yoldaşı iyunun 21-də Londonun "Hitrou" hava limanında həbs ediliblər. Kişi şəxsi istismar etmək məqsədilə insanın qaçırılmasını təşkil etməkdə, qadın isə iştirakçılıqda ittiham olunur. Onlar iyulun 7-də Vestminster Sülh Məhkəməsi qarşısına çıxdılar və günahlarını etiraf etməkdən imtina etdilər. Növbəti iclas avqustun 4-də baş tutacaq.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.