London sakini çox kiçik nikah üzüyünə görə az qala barmağını itirəcəkdi.
Milli.Az bildirir ki, bu barədə "Daily Star" məlumat yayıb.
30 yaşlı Pernesanın dediyinə görə, nişanlısı 28 yaşlı Uillis Orome ona 2000 funt-sterlinq dəyərində gözəl nişan üzüyü hadiyyə edərək evlənmək təklif edib. Qadın ona razılıqla cavab verib, üzüyü taxıb və yatmağa gedib.
Səhəri gün qadın üzüyü barmaqdan çıxara bilməyib. Pernesa üzüyün necə çıxarılacağına dair bir neçə videoya baxıb və hətta bir neçə üsula cəhd edib. Qadın ip, buz, sabun və su istifadə edib, amma heç nə kömək etməyib. Barmaq göyərməyə başlayanda qadın narahat olub və xilasediciləri çağırıb.
Barmağı xilas etmək üçün üzüyü kəsmək lazım olub. Lakin sonradan üzük təmir olunub və zinət əşyalarını hazırlayan zərgər onu pulsuz olaraq istədiyi ölçüdə böyütməyə razılaşıb.
İrfan Vəliyev
Milli.Az