Maraqlı

Kriptovalyutalar dollar üçün təhlükədir?

1 Fevral 2022 21:20
0 Şərh     Baxış: 892
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın eks prezidenti Donald Trump "FoxBusiness"-ə verdiyi müsahibədə heç vaxt kriptovalyutaların pərəstişkarı olmadığını və rəqəmsal aktivlərin Amerika dolları və qlobal maliyyə sistemləri üçün təhlükəli olduğunu deyib.

Donald Trump: "Heç vaxt kriptovalyutanın böyük pərəstişkarı olmamışam. Mən dolları xoşlayıram. Lakin kriptovalyutalar getdikcə daha çox inkişaf edir. Bununla bağlı heç kim heç nə etmir. Nə vaxtsa kriptovalyutalar böhrana səbəb olacaq və onunla müqayisədə indi gördüyümüz böhran bizə uşaq oyunu kimi görünəcək. Hesab edirəm ki, kriptovalyuta çox təhlükəli bir şeydir."

Donald Tramp kriptovalyuta bazarından uzaq durmağa çalışsa da, həyat yoldaşı Melani Tramp bu yaxınlarda çoxlu mübahisə və müzakirələrə səbəb olan gözlərini əks etdirən "Melania's Vision" adlı NFT təqdim etdi. ABŞ-ın keçmiş prezidenti həyat yoldaşının təşəbbüsünü dəstəkləsə də rəqəmsal aktivlərə hələ də şübhə ilə yanaşır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.