Hadisə

Keçmiş deputatın oğlu məhkəməyə verildi

7 Oktyabr 2021 17:12
0 Şərh     Baxış: 951
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Milli Məclisin birinci çağırış (1995-2000) deputatı Böyükağa Qurbanovun oğlu məhkəməyə verilib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, sabiq deputatın oğlu Xıdır Qurbanov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib və o, cəriməni təyin olunan müddət ərzində ödəməyib. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 529.3-cü (Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə) maddəsi ilə cərimə protokolu tərtib olunub.

Tərtib olunan protokol baxılması üçün Xaçmaz rayon Məhkəməsinə göndərilib. İş hakim Anar Sadıqovun icraatına verilib.

Qeyd edək ki, həmin maddə əsasında X. Qurbanovun nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırıla bilər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.