Hadisə

"Döyüşə yalnız qocalar gedir" filminin qəhrəmanı 17 yaşlı qızı zorlayıbmış - FOTO

9 Sentyabr 2021 15:36
Baxış: 11 702
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Məşhur sovet və Ukrayna aktyoru, Karpenko-Kary adına Kiyev Milli Teatr, Film və Televiziya Universitetinin müəllimi Vladimir Talaşko 17 yaşlı qıza qarşı təcavüzdə günahlandırılıb.

Milli.Az xəbər verir ki, bu barədə "Suspilne" nəşri məlumat yayıb. Marketoloq Mariya Matros valideynləri ilə dost olan sənətçinin qurbanı olduğunu söyləyib. On il əvvəl Talaşko ona universitetə ​​daxil olmağa cəhd etməyi təklif edib. Kiyevə gələndə müəllim imtahanları müzakirə etmək üçün onu evinə dəvət edib. Ancaq sonra ona birlikdə içməyi təklif edib.

Matros aktyorla yaxınlıq istəmədiyini deyib, onun 62 yaşı olduğunu xatırladıb: "Mən ona yaxınlıq istəmədiyimi söylədim, amma o israr etməyə davam etdi. İstəyinə çatdı, mən məşhur bir şəxsin nüfuzuna xələl gətirməməyə qərar verdim, amma indi Talaşkoya qarşı digər ittihamları eşidirəm".

Qeyd edək ki, avqust ayında ssenarist Boqdan Pankruxin də Talaşkodan təcavüzdən şikayət edən iki qadının ona yazdığını söyləyib.

Kamran Seyidov
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.