Hadisə

Nazir müşavirindən gözlənilməz addım: Hüseynbala Mirələmovu müdafiə etdi

22 Aprel 2021 12:06
Baxış: 1 360
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yeni Azərbaycan Partiyası (YAP) Xətai Rayon Təşkilatının sədri, sabiq millət vəkili, yazıçı Hüseynbala Mirələmovla bağlı yayılan qeyri-əxlaqi video cəmiyyətin böyük narazılığına və geniş müzakirəsinə səbəb olub.

Milli.Az yenisabah.az-a istinadən xəbər verir ki, sosial şəbəkədə aparılan belə müzakirələrdə 76 yaşlı siyasətçinin nəvəsi yaşda qızla qeyri-əxlaqi rəftarı mütləq əksəriyyət tərəfindən qınanılıb. Təəssüf doğuran haldır ki, bəzi hallarda ayrı-ayrı şəxslər eks-deputatın çirkin davranışlarını hansısa məqsəd, yaxud daşıdığı status naminə "malalamağa" çalışıblar. 

Belələrindən biri də Təhsil Nazirinin müşaviri Elnur Nəsibovdur. O, "Facebook" hesabında hadisəyə münasibət bildirib. Böyük ehtimalla yazıçı H.Mirələmovu nəzərdə tutaraq yazıb ki, "Ölkədə hamı əxlaqlı imiş, bir o kişidən başqa..". Nazir müşavirinin statusuna görə, sanki ölkədə hamı Hüseynbala Mirələmov ağıldadır, hamı əxlaqsızdır və bu, adi haldır.

Nazir müşavirinin dostluğunda olanların əksəriyyəti onun bu statusuna "like" qondurub. Lakin aralarında vicdanlı tərpənib nazir müşavirinin rəyini düzgün yanaşma hesab etməyənlər də tapılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.