Hadisə

Prokurorluq idarə rəisinin minaya düşməsi barədə məlumat yaydı

3 Mart 2021 16:51
Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Martın 3-də saat 15 radələrində 1967-ci il təvəllüdlü Hafiz Əzimzadənin Ağdam rayonunun işğaldan azad edilmiş Novruzlu kəndi ərazisində minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağdam rayon prokurorluğundan Milli.Az-a verilən məlumatda bildirilir ki, aparılmış araşdırmalarla Ağdam rayonunun Mexaniki Suvarma İdarəsinin rəisi işləyən Hafiz Əzimzadənin su quyularının bərpası işləri ilə məşğul olan zaman qeyd edilən ərazidə minaya düşməsi nəticəsində "sağ ayağın topuqdan aşağı ətrafının amputasiyası" və digər çoxsaylı xəsarətlər alması müəyyən edilmişdir.

Faktla bağlı Ağdam rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.