Hadisə

Ağsu sakinindən odlu silah götürülüb

27 Fevral 2021 13:42
Baxış: 491
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağsu sakinindən odlu silah götürülüb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ağsu Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində rayonun Ərəbmehtibəy kənd sakini İlyas Mikayılovdan müvafiq sənədləri olmayan, qanunsuz olaraq saxladığı "BUM" markalı ov tüfəngi aşkar olunaraq götürülüb.

Həmin şəxs barəsində protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.