Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, rayonun Aydınbulaq kənd sakini, 2008-ci il təvəllüdlü Süsən Çərkəz qızı Abbasova yanıq xəsarətləri ilə xəstəxanaya daxil olub.Şəkidə 7 yaşlı uşaq qaynar sudan yanıb
Həkim müayinəsi və araşdırmasından sonra məlum olub ki, yaşadığı evdə 7 yaşlı Süsən Abbasovanın üzərinə qaynar su dağılıb. Süsən Abbasovaya sağ qolun, belin, sarğı nahiyəsinin və kürəyin 2-ci dərəcəli termiki yanıq xəsarəti diaqnozu qoyulub, vəziyyəti orta-ağır qiymətləndirilir.
Milli.Az