İran

Pezeşkian ABŞ-ni etirazçıları qızışdırmaqda ittiham edib

10 Yanvar 2026 23:34
Baxış: 750
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İran Prezidenti Məsud Pezeşkian ABŞ-ı ölkədəki etirazçıları sabitliyi pozmağa sövq etməkdə ittiham edib.

Milli.Az xəbər verir ki, Pezeşkian bildirib ki, bütün dünya ABŞ hökumətinin danışıqlar aparıldığı bir vaxtda diplomatiya və dialoqa zərbə vurduğunun, insanlığa qarşı cinayətlər törətdiyinin və beynəlxalq norma və qaydaları pozduğunun şahidi olub. Onun sözlərinə görə, Vaşinqton indi İranı digər ölkələrlə eyniləşdirərək, fərqli üsullarla bəzi şəxsləri iğtişaş və xaos yaratmağa təhrik etməyə çalışır.

İran prezidenti vurğulayıb ki, bütün bunlara baxmayaraq, İran xalqı əvvəlkindən daha möhkəm şəkildə ölkəsini və mövcud dövlət quruluşunu dəstəkləyəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.