Qəhvənin gözlənilməz faydası: Beynin yaşlanmasını ləngidir
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Müntəzəm və ölçülü miqdarda qəhvə qəbulunun Alzheimer,Parkinson və yaşla bağlı demensiya kimi neyrodegenerativ xəstəliklərin riskini azaltdığı bildirilir.
Milli.Az xəbər verir ki, bu barədə Qalina Çudinskaya məlumat verib.
Onun sözlərinə görə, heyvanlar üzərində aparılan təcrübələrdə kofein beynin Alzheimer xəstəliyinə bənzər zədələnmələrini ləngidib, həmçinin Parkinson xəstəliyinin modellərində və insultdan sonra yaranan koqnitiv pozuntularda yüngül qoruyucu təsir göstərib.
Nevroloq bildirib ki, bir sıra tədqiqatlar gündə 1-3 fincan qəhvə içən insanların verbal yaddaş və diqqət qabiliyyətini daha uzun müddət qoruduğunu göstərir:
"Kofeinin təsir mexanizmi onun adenozin reseptorlarını bloklaması ilə izah olunur. Bu proses neyroplastikliyi aktivləşdirir, oksidləşdirici stressi azaldır və neyronların fəaliyyətini dəstəkləyir".
Qeyd olunub ki, qəhvə yalnız kofeindən ibarət deyil. İçkinin tərkibindəki polifenollar və xlorogen turşusu antioksidant və iltihabəleyhinə təsir göstərir, kofein turşusu isə neyrogenezi stimullaşdıraraq beyin hüceyrələrini qoruyur.
Həkimin sözlərinə görə, triqonellin və diterpenlər mitoxondriləri möhkəmləndirir, stress proseslərini tənzimləyir, fenilindanlar və EHT (Eicosanoyl-5-hydroxytryptamide) isə Alzheimer xəstəliyi ilə əlaqəli zülalların yığılmasının qarşısını alır. Bütün bu komponentlər birlikdə koqnitiv funksiyaları dəstəkləyir, beynin yaşlanma prosesini ləngidir və yüngül neyroprotektiv effekt yaradır.
Nevroloq xəbərdarlıq edib ki, qəhvənin həddindən artıq qəbulu yuxusuzluq, təşviş və ürək-damar sisteminə əlavə yük yarada bilər. Sağlam böyüklər üçün təhlükəsiz gündəlik kofein dozası təxminən 4 fincan kofedir.
Lakin hamilə və süd verən qadınlar, eləcə də ürək-damar xəstəlikləri və yüksək arterial təzyiqi olan şəxslər üçün tövsiyə olunan gündəlik norma bir qədər azaldılmalıdır.
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - (Video)
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarına qarşı kiberhücumlar müşahidə olunur
-
Metroya yaxın ərazilərdə evlər bahalaşdı - (Video)
-
Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - (Video/Foto)
-
PSJ "Real"ın ulduzu üçün 200 milyon avro təklif edəcək
-
Qızının uğuru Gülayı ağlatdı - (Video)
-
Prezident İlham Əliyev: Ümummilli Liderin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur
-
Prezident İlham Əliyev: Radio və televiziya dövlətçilik ənənələrimizin, milli kimliyimizin və Azərbaycan həqiqətlərinin təbliği baxımından mühüm əhəmiyyət daşıyır
-
Prezident İlham Əliyev Azərbaycanın televiziya və radio işçilərini təbrik edib
-
"Klon"un aktrisası xəstəxanaya yerləşdirildi - (Foto)
-
Ağstafada sursat partlayışında xəsarət alan şəxsin vəziyyəti açıqlanıb
-
9 mərtəbəli binada əməliyyat - Uşaq xilas edildi - (Video)
-
Salyanda avtomobil aşdı: Ana və övladı xəsarət aldılar
-
Ağstafada iki nəfər minaya düşüb, ölən var - Yenilənib
-
Bakıda qadınlar mağazadan qızıl oğurladılar - anbaan video
-
Yataqxanada meyiti tapılan tələbənin ölümü ilə bağlı ATU-dan açıqlama
-
Rafiq Əliyev infarktdan öldü
-
Ordubadda avtobus aşıb, 11 nəfər xəsarət alıb - (Yenilənib)
-
Milli Qəhrəman vəfat etdi
-
Söyüdlü kəndinin qızıl hasilatı üçün boşaldılacağı barədə məlumatlar əsassızdır - Media və Yayım Şurası
-
Başağrılarınız ola bilər - Xəbərdarlıq
-
Bu şəxslərə 13 və 14-cü maaş veriləcək - Şad xəbər
-
Yollarda görünüş 500 metrədək məhdudlaşacaq
-
Arif Mirzəyevlə vida mərasimi keçirilir - (Yenilənib)





