Ucarda qadın evində ölü tapılıb.
Milli.Az xəbər verir ki, hadisə rayonun Qazyan kəndində qeydə alınıb.
Belə ki, kənd sakini 1965-ci il təvəllüdlü Pəri Həmid qızı Əsgərovanın meyiti yaşadığı evin həyətində aşkarlanıb. Mərhumun ölüm səbəbi hələlik məlum deyil.
Faktla bağlı Ucar rayon prokurorluğunda araşdırma aparılır.
Milli.Az





