Təbii qaz ödənişini azaldacaq 5 sadə radiator hiyləsi
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox insanın büdcəsinə mənfi təsir edir. Lakin evinizdə istilik itkisinin qarşısını alaraq və radiatorlardan daha səmərəli istifadə edərək bu xərcləri azaltmaq mümkündür.
Milli.Az qaz puluna qənaət etməyin 5 asan yolunu təqdim edir:
1. Radiatorların arxasına folqa (istilik əks etdirən lövhə) yerləşdirin
Radiatorların istehsal etdiyi istiliyin bir hissəsi birbaşa divar tərəfindən sorulur və boşa gedir. Radiatorun arxasına yerləşdirəcəyiniz alüminium folqa və ya xüsusi istilik əks etdirən lövhələr bu istiliyi otağın içinə doğru geri qaytarır. Bu sadə üsul otağın daha tez isinməsini təmin edir.
2. Radiatorların önünü bağlamayın
Evin dekorasiyası xatirinə radiatorların önünə divan, masa yerləşdirmək və ya üzərini uzun pərdələrlə örtmək istilik dövranını tamamilə kəsir. İsti hava otağa yayıla bilmədiyi üçün kombi daha çox işləməli olur. Radiatorların ətrafını boş saxlayaraq hava axınını sərbəstləşdirin.
3. Radiatorun havasını mütəmadi olaraq alın
Əgər radiatorun üst hissəsi soyuq, alt hissəsi isə istidirsə, bu, sistemin içində hava olduğu anlamına gəlir. İçəridəki hava suyun dövranına mane olur və radiatorun tam gücü ilə qızmasına imkan vermir. Xüsusi açar və ya tornavida ilə bu havanı alaraq kombinin səmərəliliyini artıra bilərsiniz.
4. Termostatik klapanlardan istifadə edin
Hər otağın eyni dərəcədə isinməsinə ehtiyac yoxdur. Məsələn, yataq otağını qonaq otağından daha sərin saxlamaq istəyə bilərsiniz. Radiatorlara taxılan termostatik klapanlar sayəsində hər otağın temperaturunu ayrı-ayrılıqda tənzimləyə və istifadə etmədiyiniz otaqlarda boş yerə qaz sərfiyyatının qarşısını ala bilərsiniz.
5. Pərdələrinizi günəşə görə tənzimləyin
Gündüzlər günəş işığı olan saatlarda pərdələri tam açın ki, günəş evi təbii yolla isitsin. Günəş batdıqdan sonra isə qalın pərdələri çəkərək divarların və pəncərələrin soyuq havasının içəri daxil olmasının qarşısını bir növ izolasiya qatı ilə alın.
Lalə Qüdrətova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Noyabrın 4 şanslı bürcü
-
Pol Makkartni milyarder oldu
-
Dünyanın ən hündür binaları tikiləcək – 2 kilometr hündürlüyündə
-
Ziyansız bilib qəbul etdiyimiz bu vasitələr qaraciyəri məhv edir
-
“İldə 45 günümüz bilmədən ömrümüzdən gedir” - Əbdül Xalid
-
Süni intellekt tarixin ən qanlı insanlarını açıqladı: Hitler ilk üçlükdə yoxdur
-
Dünyanın ən çirkli ölkələri: Azərbaycan neçənci yerdədir?
-
Xəzər dənizində naməlum varlıq göründü - (Video)
-
Bakıya nə zaman qar yağacaq? - açıqlama
-
"Kurtlar Vadisi" geri dönür
-
İşə gedərkən itlərin hücumuna məruz qaldılar - (Video)
-
Günün qoroskopu: İntuitiv duyğularınızın çox güclü olduğu bir gündür
-
Gəncədə qəza olub, xəsarət alanlar var
-
Elçin Zehra İrem həmkarı ilə eşq yaşadığını elan etdi - (Foto)
-
Qubada ağır qəzada ölən gəncin fotosu - Yenilənib
-
Biotin qəbul edənlərə çağırış - (Video)
-
“Elə bil, pomidor-xiyarı Marsda yetişdirib gətirirlər” - Aytən Səfərova
-
Bazarda "yaş" adı ilə suya salınmış qoz satılır - (Video)
-
14 metrlik nəhəng maşın - İkimərtəbəli ev boydadır
-
Zəfərin səsi, Qürurun nəğməsi: Rəşid Behbudov adına Mahnı Teatrı Zəfər Gününə həsr olunmuş videoçarx təqdim edib - (Video)
-
Paşinyan Parisdə Makronla görüşdü
-
COP31-də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir – (Video)
-
COP29 qərarlarının icrası COP31-də müzakirə olunur – Muxtar Babayev
-
Azərbaycan COP31-də: İlham Əliyevin üç regionun kəsişməsində iqlim diplomatiyası





