Təbii qaz ödənişini azaldacaq 5 sadə radiator hiyləsi

11 Yanvar 2026 00:54

Havaların soyuması ilə birlikdə artan təbii qaz ödənişləri bir çox insanın büdcəsinə mənfi təsir edir. Lakin evinizdə istilik itkisinin qarşısını alaraq və radiatorlardan daha səmərəli istifadə edərək bu xərcləri azaltmaq mümkündür.

Milli.Az qaz puluna qənaət etməyin 5 asan yolunu təqdim edir:

1. Radiatorların arxasına folqa (istilik əks etdirən lövhə) yerləşdirin
Radiatorların istehsal etdiyi istiliyin bir hissəsi birbaşa divar tərəfindən sorulur və boşa gedir. Radiatorun arxasına yerləşdirəcəyiniz alüminium folqa və ya xüsusi istilik əks etdirən lövhələr bu istiliyi otağın içinə doğru geri qaytarır. Bu sadə üsul otağın daha tez isinməsini təmin edir.

2. Radiatorların önünü bağlamayın
Evin dekorasiyası xatirinə radiatorların önünə divan, masa yerləşdirmək və ya üzərini uzun pərdələrlə örtmək istilik dövranını tamamilə kəsir. İsti hava otağa yayıla bilmədiyi üçün kombi daha çox işləməli olur. Radiatorların ətrafını boş saxlayaraq hava axınını sərbəstləşdirin.

3. Radiatorun havasını mütəmadi olaraq alın
Əgər radiatorun üst hissəsi soyuq, alt hissəsi isə istidirsə, bu, sistemin içində hava olduğu anlamına gəlir. İçəridəki hava suyun dövranına mane olur və radiatorun tam gücü ilə qızmasına imkan vermir. Xüsusi açar və ya tornavida ilə bu havanı alaraq kombinin səmərəliliyini artıra bilərsiniz.

4. Termostatik klapanlardan istifadə edin
Hər otağın eyni dərəcədə isinməsinə ehtiyac yoxdur. Məsələn, yataq otağını qonaq otağından daha sərin saxlamaq istəyə bilərsiniz. Radiatorlara taxılan termostatik klapanlar sayəsində hər otağın temperaturunu ayrı-ayrılıqda tənzimləyə və istifadə etmədiyiniz otaqlarda boş yerə qaz sərfiyyatının qarşısını ala bilərsiniz.

5. Pərdələrinizi günəşə görə tənzimləyin
Gündüzlər günəş işığı olan saatlarda pərdələri tam açın ki, günəş evi təbii yolla isitsin. Günəş batdıqdan sonra isə qalın pərdələri çəkərək divarların və pəncərələrin soyuq havasının içəri daxil olmasının qarşısını bir növ izolasiya qatı ilə alın.

Lalə Qüdrətova
Milli.Az