İdman

Holann ilin ən yaxşısı seçildi

10 Yanvar 2026 22:56
Baxış: 709
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin hücumçusu Erlinq Holann 2025-ci ilin yekunlarına əsasən Norveçdə ilin ən yaxşı futbolçusu seçilib.

Milli.Az-ın məlumatına görə, 25 yaşlı futbolçu bu mükafatı ardıcıl 6-cı dəfə qazanıb.

Bu ada layiq görülən sonuncu fərqli oyunçu 2019-cu ildə Martin Edeqor olub.

Qeyd edək ki, E.Holann "Mançester Siti"nin heyətində meydana çıxdığı 49 matçda 42 qola, 8 məhsuldar ötürməyə imza atıb. Hücumçu Norveç millisinin heyətində iştirak etdiyi 10 matçda isə 17 qol və 2 məhsuldar ötürmə müəllifi olub. /"Report"

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.