Hökməli bələdiyyəsinin sədri danışdı: "Həmin şəxs tutduğu vəzifədən azad edilib"
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Abşeron rayonunun yüksək təpəlik ərazilərində ucuz qiymətə torpaq sahələri satışa çıxarılır. AzTV-nin çəkilişləri zamanı bu ərazilərdə sürətli tikinti aparıldığı üzə çıxıb.
Milli.Az xəbər verir ki, satışa çıxarılan torpaqların əksəriyyətinin rəsmi sənədləri yoxdur.
Bildirilir ki, həmin ərazilərdə qaz və su təminatı mövcud deyil, tikilən evlərin böyük hissəsinə isə çıxarış verilməyib. Sakinlərə əsasən yalnız bələdiyyə sənədi təqdim olunur.
Özünü bələdiyyə sədri kimi təqdim edən şəxs vətəndaşları həmin ərazilərə apararaq torpaq və fərdi yaşayış evlərinin satışını həyata keçirir.
Məsələ ilə bağlı Hökməli bələdiyyəsinin sədri Ramil Orucov açıqlama verib.
Onun sözlərinə görə, 2025-ci ildə Hökməli bələdiyyəsinə yenidən sədr seçilib və 2020-ci ildən bu vəzifəni icra edir. Bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülərdə özünü sədr kimi təqdim edən Mehdi Məmmədov artıq bələdiyyədə çalışmır:
"Son günlər sosial şəbəkələrdə bələdiyyənin keçmiş əməkdaşının özünü sədr kimi təqdim edərək torpaqların qanunsuz satışı ilə məşğul olduğuna dair görüntülər yayılıb. Məsələ dərhal araşdırılıb və bələdiyyə üzvlərinin qərarı ilə həmin şəxs tutduğu vəzifədən azad edilib".
Sədr əlavə edib ki, kadrlarda göstərilən ərazi Hökməli bələdiyyəsinin inzibati ərazisinə aid deyil.
R. Orucov vətəndaşlara müraciət edərək vurğulayıb ki, bələdiyyə torpaqları ilə bağlı qərarlar yalnız kollegial qaydada qəbul olunur:
"Hökməli bələdiyyəsi ilə bağlı hansısa məlumatı dəqiqləşdirmək üçün birbaşa bələdiyyəyə müraciət etməyiniz xahiş olunur".
Mina Mikayılova
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Bu şəxslər əsgər çağırılmayacaq - Qanun təsdiqləndi
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Bölgələrin real tələbatına uyğun inkişaf planları: 14 iqtisadi zonada təlimlərə start verildi - (Foto)
XƏBƏR LENTİ
-
Elgiz Əkbər: "1 qəpik pulun yoxdur, acından günorta durursan" (Video)
-
Qəzada ölən "Metak"ın rəhbərinin oğlu deyil (Yenilənib)
-
Rəşid Mahmudov: "Qadın elə etməlidir ki, əri ondan ötrü darıxsın"
-
Kürdəmirdə qəza - 4 nəfər xəsarət aldı
-
Bu şəxslər əsgər çağırılmayacaq - Qanun təsdiqləndi
-
Tramp TRIPP layihəsinin icrasına verdiyi töhfəyə görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Azərbaycanda bəzi şəxslərə torpaq pulsuz veriləcək - Kimlərə şamil olunur?
-
“Liverpul” Premyer Liqada tarixi göstəriciyə imza atdı
-
Antonio Tayani sabitlik istiqamətində atılan addımlara görə Prezident İlham Əliyevə təşəkkür edib
-
Vuçiç ölüm təhdidi aldığını açıqladı - “Mənə açıq mesaj verildi”
-
Tanınmış xanəndə “Zaza Dayı” ilə (Foto)
-
Prezident İlham Əliyev ətraf mühitin mühafizəsi ilə bağlı qanunlara edilən dəyişiklikləri təsdiqləyib
-
İstanbul küçələrində şir peyda oldu – Sakinlər təşvişə düşdü - (Video)
-
Lamin Yamal “Sabah”la oyunu buraxacaq
-
TRIPP işə düşür: Bakıdan Naxçıvana maneəsiz əlaqə təmin olunacaq
-
Ermənistanın yeni Konstitusiya layihəsi bu tarixədək müzakirə olunacaq
-
Səbail və Yasamal sakinlərinin diqqətinə: Su kəsiləcək
-
“Obitus” filminin möhtəşəm qala gecəsi Park Cinemada baş tutdu (Foto)
-
Rektor vəzifəsindən azad edilən Elçin Babayev həmin vaxt harada idi? - Detallar
-
Sərxan Kərəmoğlu: "Teymur Əmrahı efirə çağırırdım, Xalq artistləri hərəsi bir qapıdan gedirdi”
-
Dünyada qızılca epidemiyası: Yoluxma rekord həddə çatdı
-
Vahid Ələkbərovun ən böyük səhmdarı olduğu şirkətin zavodu vuruldu
-
“İcra nümayəndəsinin bacısı bizi obyektimizdən çıxarmaq istəyir” - (Video)
-
Azərbaycanda iki nəfər çayda batdı - Axtarışlar davam edir





