Azərbaycanda quru sərhədlər AÇILIR?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov bildirib ki, yaxın zamanda Azərbaycan-İran sərhədində yeni sərhəd keçid məntəqəsi istifadəyə veriləcək. Məlumata görə, burada piyadaların da rahat keçidi üçün imkanlar yaradılacaq. Sözügedən açıqlamada xüsusilə "piyadaların keçidi üçün şərait yaradılması" hissəsi ictimaiyyətdə birmənalı qarşılanmayıb. Belə ki, bu anons Teleqramdakı bəzi xəbər kanallarında quru sərhədlərin açılmasının anonsu kimi dəyərləndirilib. Lakin hələ ki, bununla bağlı hər hansı rəsmi qərar yoxdur.
Milli.Az xəbər verir ki, məsələ ilə bağlı siyasi şərhçi, "Ağ Partiya" sözçüsü Cavanşir Abbaslı qeyd edib ki, son günlərdə quru sərhədlərinin açıla biləcəyi barədə məlumatlar mütəmadi şəkildə tirajlanmaqdadır: "Hətta bəzi iddialar da ortaya atılıb. Əvvəlcə xəstələrə güzəştlərin edilməsinin vacibliyi önə çəkildi ki, xəstə insanların xaricdə müalicə alması üçün onların qarşısında yaşıl işıq yandırılmalıdır. Onun ardınca yaş məsələsi ortaya atıldı ki, azyaşlı uşaqların xaricə getmələri təmin olunmalıdır. Təbii ki, hər iki iddia barədə mən fikirlərimi bildirmişdim; xəstələr barədə mütləq şəkildə vacibdir. Azyaşlı uşaqlar isə özbaşına və ya təkbaşına gedə bilməzlər, onlara mütləq nəzarətçilər olacaq, valideynləri aparacaqlar. Bu isə orta yaş təbəqəsinin də quru sərhədlərdən keçməsinin təmin edilməsi olacaq ki, bu da yavaş-yavaş quru sərhədlərin açılması anlamına gələcək".
Ekspertin sözlərinə görə, artıq hiss olunur ki, Azərbaycan hökuməti də bir neçə ildən sonra quru sərhədlərin açılmasının vacibliyini daha çox anlamağa başlayıb: "Artıq quru sərhədlərin bağlı qalmasına bir əsas görmür. Əvvəllər irəli sürülən arqumentlər demək olar ki, sıradan çıxarılıb. Amma son aylar, xüsusilə də ötən ilin yayından etibarən İran ətrafında baş verən proseslərdən sonra quru sərhədlərin bir müddət bağlı qalmasının vacibliyi önə çıxdı. Hesab edirəm ki, İran ətrafındakı gərginlik də bu ilin sonuna qədər aradan qalxacaq. Ondan sonra quru sərhədlərin bağlı qalmasına heç bir əsas qalmayacaq. Tirajlanan xəbərlər ondan xəbər verir ki, quru sərhədlərin açılması üçün insanlar artıq öyrəşdirilir və bu proses getdikcə reallığa çevrilməkdədir. Ümumiyyətlə, gələn il quru sərhədlərlə bağlı məhdudiyyətlərin tamamilə aradan qaldırılacağı düşüncəsindəyəm. Amma bu, birdəfəyə veriləcək qərar olmayacaq; məhdudiyyətlər hissə-hissə aradan qaldırılacaq"./nocomment.az
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ayın 30-da yağış yağacaq - Proqnoz
-
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
-
Çimərliyə gedənlərin nəzərinə
-
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
-
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
-
Peşə məktəblərində ödənişi 5 min manat olan ixtisaslar – Üstünlükləri nədir? - (Video)
XƏBƏR LENTİ
-
Bakıda tələbə faciəli şəkildə öldü
-
Belqorod vilayətinə sutka ərzində 86 hücum qeydə alınıb
-
Ayın 30-da yağış yağacaq - Proqnoz
-
"İnterpol"la axtarışda olan Azərbaycan vətəndaşı Gürcüstanda saxlanılıb
-
Yük maşınından 43 mindən çox bəyan edilməmiş dərman çıxdı
-
Şəmkirdə azyaşlı əməliyyatdan sonra öldü
-
Ötən gün 2 avtomat silah, 6 tüfəng aşkarlandı
-
Prezident İlham Əliyev Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb
-
Bəzi yerlərə yağış yağıb, şimşək çaxıb
-
Azərbaycan nefti bahalaşıb
-
Çimərliyə gedənlərin nəzərinə
-
Geyimləri ilə gündəmə gələn Fidan müəllim saxlanıldı
-
Dünyada miqrantların sayı 304 milyona çatdı - Sərt siyasət niyə nəticə vermir?
-
Füzulidə 12 yaşlı uşaq atdan yıxılıb öldü
-
Gəncədə qadın ürək əməliyyatından sonra öldü
-
Mərkəzi Bankın baş direktoru vəzifəsindən ayrıldı
-
Toy karvanında "avtoş"luq edən sürücü həbs edildi
-
Premyer Liqada III turun ilk oyunları bu gün keçiriləcək
-
BDYPİ həftəsonu yollarda olan sürücülərə müraciət edib
-
İdxal olunan mallar uyğunluq sənədi olmadan buraxılmayacaq
-
Dünya bazarında neft ucuzlaşdı
-
Tayvan Penhuya raket sistemləri yerləşdirdi
-
Nepalda daşqın faciəsi: Ölənlərin sayı 626-ya çatıb
-
Noxud bişirməyin gizli sirri: Sərt dənələr belə yumşalır





