Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
Regionda real yumşalma və əməkdaşlıq addımları atıldığı halda, Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası bu prosesə konstruktiv töhfə vermək əvəzinə, ikili standartlı yanaşma nümayiş etdirir. Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi" Zirvəsinin 8-ci toplantısında videobağlantı ilə çıxışı zamanı Ermənistan-Azərbaycan sülh prosesinin faktiki nəticələri ilə bəzi Avropa təsisatlarının siyasi ritorikası arasındakı ziddiyyəti açıq şəkildə gündəmə gətirdi.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, sülhün artıq bəyanatlar yox, praktika mərhələsində olduğu heç kimə sirr deyil.
"Ermənistanın 2028-ci ildə Zirvə görüşünün Azərbaycanda keçirilməsinə dəstək verməsi qarşılıqlı etimad mühitinin formalaşdığını da açıq şəkildə göstərir. Bunun fonunda tranzit məhdudiyyətlərinin aradan qaldırılması, Azərbaycan ərazisi vasitəsilə Ermənistana on minlərlə ton yük daşınması və hətta neft məhsullarının ixracına başlanması iqtisadi inteqrasiyanın ilkin əlamətləridir. Bu faktlar sülhün "sərhəd xəttində sükut"dan daha artıq məna daşıdığını göstərir.
Avropa Komissiyasının sülh prosesinə münasibəti müsbət qiymətləndirildiyi halda, Avropa Parlamenti və AŞPA-nın yanaşması ciddi sual doğurur. Azərbaycanın ərazi bütövlüyünün bərpası BMT qətnamələrinin icrası kimi təqdim olunsa da, Avropa parlament platformalarında bu fakt siyasi kontekstdə fərqli çərçivəyə salınıb və nəticədə sülh gündəliyinə dəstək əvəzinə, təzyiq alətinə çevrilib".
Deputat qeyd edib ki, beş il ərzində Azərbaycanla bağlı qəbul edilən çoxsaylı qətnamələrin məhz Zirvə ərəfəsində yenilənməsi Bakıda bunun siyasi mesaj kimi qəbul edilməsinə səbəb olub. Bu cür addımlar dialoq mühitini möhkəmləndirmək əvəzinə, qarşılıqlı etimadı zəiflədir və regionda yeni formalaşan əməkdaşlıq mühitinə xələl gətirir. Azərbaycan parlamentinin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması barədə qərarı da məhz bu ikili standartın nəticəsində baş verdi. Tərəfdaşlıq qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır.
"Cənubi Qafqazda yeni geosiyasi reallıq yaranır və bu reallıq praktik əməkdaşlıq, iqtisadi inteqrasiya və kommunikasiya xətlərinin açılması ilə müşayiət olunur. Lakin bəzi Avropa parlament təsisatlarının yanaşması hələ də münaqişə dövrünün siyasi leksikonundan çıxmayıb. Bu ziddiyyət sülh prosesinin beynəlxalq platformalarda obyektiv dəyərləndirilməsinə mane olur və ikili standart görüntüsü yaradır".
Deputat onu da vurğulayıb ki, prosesə mane olmaq istəyən yanaşmalar mövcud olsa da, Azərbaycan sülh gündəliyinə sadiq qalır. 2028-ci ildə "Avropa Siyasi Birliyi" Zirvəsinin Azərbaycanda keçirilməsi isə regionda formalaşan sülhün siyasi simvoluna çevrilə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
-
Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
-
İran uçuruma gedir? - İqtisadiyyatın iç üzü açıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO
-
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
-
İlham Əliyevin adından Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
“Geceqondu uşağıyam, ağzımda gümüş qaşıqla doğulmamışam” - FOTO
-
97 yaşlı qadının meyiti tapıldı
-
Azərbaycanda ətin qiyməti BAHALAŞACAQ
-
"Arvadla doğuşa girən kişi nəyə lazım?"
-
Qazaxıstanda zavodda güclü partlayış: Ölənlər və yaralananlar var - VİDEO
-
“Hansısa yarışda 5-ci yeri tutsam, həmin gün karyeramı bitirəcəm”
-
Sfera.az-ın 14 yaşı tamam olur
-
Qarabağ Universitetində magistratura təhsili olacaq? - RƏSMİ
-
“Neftçi” 4 milyonluq hücumçu üçün hərəkətə keçdi
-
Gündüz atasını dəfn etdi, axşam səhnəyə çıxdı - VİDEO
-
Ayın 6-da yağış güclənəcək, dolu düşəcək - PROQNOZ
-
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
-
Bakıda müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportosiya EDİLDİ
-
Mağazadan 12500 manatlıq qızıl oğurlayan şəxs TUTULDU
-
Ümrə ziyarəti üçün ən yaxşı tur şirkətini necə seçmək olar?
-
“Qarabağ" yeni qapıçı gətirir?
-
Tramp Zelenskini görün nə adlandırdı
-
Azərbaycanda quru sərhədlər AÇILIR?
-
Valideynlərə mühüm xəbər: Qeydiyyat açıldı
-
Tramp etiraf etdi - Ələ keçirilən neft...
-
Hökməli bələdiyyəsinin sədri danışdı: "Həmin şəxs tutduğu vəzifədən azad edilib"
-
Bakıda yollar tam BAĞLANACAQ? - RƏSMİ
-
ABŞ Hörmüzdə gəmi vurdu: Həlak olanlar var





