Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
"Avropa Siyasi Birliyi Zirvə toplantısı çərçivəsində Prezident İlham Əliyevin videobağlantı formatında çıxışı müasir Azərbaycan diplomatiyasının çevikliyi və praqmatik yanaşmasının növbəti nümunəsi kimi qiymətləndirilə bilər".
Milli.Az xəbər verir ki, bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Onun fikrincə, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən bu tədbirdə iştirak forması belə, əslində, siyasi mesaj xarakteri daşıyır və regionda formalaşan yeni reallıqlar fonunda Azərbaycanın mövqeyinin aydın ifadəsinə xidmət edir. "Dövlət başçısının çıxışında vurğuladığı məqamlardan biri tədbirə qoşulma formatının əvvəlcədən razılaşdırılması idi. Bu fakt göstərir ki, Azərbaycan beynəlxalq platformalarda iştirakını təsadüfi deyil, dəqiq hesablanmış diplomatik strategiya əsasında qurur. Prezident İlham Əliyevin Avropa liderləri ilə əvvəlcədən apardığı müzakirələr, o cümlədən tədbirin Ermənistanda keçirilməsi ilə bağlı fikir mübadiləsi Azərbaycanın regionda baş verən proseslərə yalnız reaksiya verən deyil, həm də onları əvvəlcədən dəyərləndirən və mövqeyini formalaşdıran tərəf olduğunu nümayiş etdirir."
Millət vəkili qeyd edib ki, nümayiş etdirilən yanaşma Azərbaycanın xarici siyasət kursunun əsas xüsusiyyətlərindən biri olan balanslaşdırılmış və prinsipial diplomatiyanı bir daha ön plana çıxarır: "Azərbaycan tərəfi beynəlxalq tədbirlərdə iştirak edərkən həm siyasi reallıqları, həm də milli maraqları nəzərə alaraq optimal qərarlar qəbul edir. Bu isə ölkənin beynəlxalq nüfuzunun artmasına və tərəfdaşlar arasında etibarlı aktor kimi qəbul olunmasına mühüm töhfə verir. Çıxışda diqqət çəkən digər mühüm məqam isə ötən ilin avqustunda Vaşinqtonda imzalanmış sənədə istinad idi. ABŞ paytaxtında, Ağ Evdə Ermənistan və Azərbaycan liderlərinin imzaladığı Birgə Bəyannamə regionda sülh gündəliyinin formalaşmasında mühüm mərhələ kimi qiymətləndirilə bilər. Bu sənədin beynəlxalq vasitəçilik şəraitində imzalanması və yüksək səviyyəli siyasi dəstək alması onun əhəmiyyətini daha da artırır. Bu kontekstdə Prezidentin həmin prosesi xüsusi vurğulaması Azərbaycanın sülh təşəbbüslərinə sadiqliyinin göstəricisidir. Eyni zamanda, dövlət başçısı tərəfindən səsləndirilən fikirlər göstərir ki, artıq həm Azərbaycan, həm də Ermənistan sülhün real nəticələrini hiss etməyə başlayıblar. Bu, regionda uzun illər davam edən qarşıdurmanın tədricən əməkdaşlıq müstəvisinə keçdiyini göstərən mühüm siqnaldır. Sülhün "əyani nəticələri" ifadəsi isə sadəcə siyasi bəyanat deyil, konkret dəyişikliklərin baş verdiyini göstərən strateji yanaşmadır. Azərbaycan Prezidentinin Avropa Komissiyasına təşəkkür ifadə etməsi də diqqətəlayiqdir. Bu, Avropa institutlarının regionda sülh prosesinə verdiyi töhfələrin Bakıda müsbət qiymətləndirildiyini göstərir. Eyni zamanda, bu yanaşma Azərbaycanın beynəlxalq tərəfdaşlarla konstruktiv əməkdaşlığa açıq olduğunu və sülh gündəliyinin geniş beynəlxalq dəstək üzərində qurulmasına üstünlük verdiyini nümayiş etdirir" .
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
-
Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
-
İran uçuruma gedir? - İqtisadiyyatın iç üzü açıldı
-
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İtaliya Nazirlər Şurasının sədri ilə görüşünün görüntüləri paylaşılıb - VİDEO
-
Ciorcia Meloninin Azərbaycana səfəri başa çatıb - FOTO
-
İlham Əliyevin adından Ciorcia Meloninin şərəfinə işçi şam yeməyi verilib - VİDEO - FOTO
XƏBƏR LENTİ
-
Prezident İlham Əliyev Zirvə görüşündəki çıxışı ilə Avropa təsisatlarının sülhə selektiv yanaşmasını dünyaya çatdırdı - Sevil Mikayılova
-
Bakıda müğənni əməliyyatdan sonra ÖLDÜ - FOTO
-
Azərbaycan vətəndaşları Gürcüstandan deportosiya EDİLDİ
-
Mağazadan 12500 manatlıq qızıl oğurlayan şəxs TUTULDU
-
Ümrə ziyarəti üçün ən yaxşı tur şirkətini necə seçmək olar?
-
“Qarabağ" yeni qapıçı gətirir?
-
Tramp Zelenskini görün nə adlandırdı
-
Azərbaycanda quru sərhədlər AÇILIR?
-
Valideynlərə mühüm xəbər: Qeydiyyat açıldı
-
Tramp etiraf etdi - Ələ keçirilən neft...
-
Hökməli bələdiyyəsinin sədri danışdı: "Həmin şəxs tutduğu vəzifədən azad edilib"
-
Bakıda yollar tam BAĞLANACAQ? - RƏSMİ
-
ABŞ Hörmüzdə gəmi vurdu: Həlak olanlar var
-
Qarpız yükünün altından 31 kq narkotik aşkarlandı
-
Gəlinə milyonluq qızıl taxıldı - VİDEO
-
Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK
-
Silk Way West Airlines Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir
-
53 yaşlı Hollivud ulduzunun üçüncü övladı doğuldu - FOTO
-
Əməkdar artist: "Pulqabımın qiyməti 2 min dollardan ÇOXDUR" - VİDEO
-
Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
-
Rusiyada mobil internet SÖNDÜRÜLDÜ
-
56 yaşını belə qeyd etdi - VİDEO





