Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
İnnovasiya fəaliyyəti üzrə mənfəət və ya gəlir vergisindən azad olunan mikro və kiçik sahibkarların sayı 272-yə çatıb.
Milli.Az xəbər verir ki, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) KOB subyektlərindən "Startap" şəhadətnaməsinin verilməsi üçün daha 13 müraciət daxil olub. Müraciətlərə "Startap" şəhadətnaməsinin verilməsi məqsədilə yaradılmış Ekspertlər Şurasının iclasında baxılıb və onlardan 9-na müvafiq sənədin verilməsi barədə qərar qəbul edilib.
"Startap" şəhadətnamələri "Yumo Technology" MMC-nin avtoservis və avtomobilə qulluq xidmətləri üçün marketpleys, "Myad Solutions" MMC-nin "Admein.az" layihəsi (taksilərdə interaktiv reklam platforması), "Mergen Aİ" MMC-nin "HAL-X" ixtisaslaşdırılmış süni intellekt modeli, "AD Libitum Solutions" MMC-nin parkinq və buraxılış-nəzarət sistemləri üçün proqram təminatı, "Baysart" MMC-nin "Süni İntellektlə İncəsənət" platforması, "Tanz Technologies" MMC-nin süni intellekt əsaslı müştərilər üçün vahid kommunikasiya ("Omnichannel") platforması, "İnnovation Media Services" MMC-nin "İnnMedia" layihəsi (media qurumları üçün agent əsaslı süni intellekt həlli), "Devlab" MMC-nin süni intellekt əsaslı kadr seçimi və inkişaf platforması, fiziki şəxs Arif Həsənovun süni intellekt əsaslı əmlak alqı-satqı platforması layihələri üçün təqdim edilib.
"Startap" şəhadətnaməsi KOB subyektlərini şəhadətnaməni aldıqları tarixdən etibarən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edir.
Layihələri inkişaf mərhələsində olan mikro və kiçik sahibkarlıq subyektləri "Startap" şəhadətnaməsi üçün KOBİA-ya müraciət edə bilərlər. Müraciət üçün ərizə forması və lazım olan digər sənədlər, eləcə də müvafiq meyarlarla bağlı ətraflı məlumatla aşağıdakı linkdən tanış olmaq olar: https://smb.gov.az/az/nav/startap-sehadetnamesi
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Ümrə ziyarəti üçün ən yaxşı tur şirkətini necə seçmək olar?
-
Azərbaycanda quru sərhədlər AÇILIR?
-
Valideynlərə mühüm xəbər: Qeydiyyat açıldı
-
Hökməli bələdiyyəsinin sədri danışdı: "Həmin şəxs tutduğu vəzifədən azad edilib"
-
Bakıda yollar tam BAĞLANACAQ? - RƏSMİ
-
Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK
XƏBƏR LENTİ
-
Ümrə ziyarəti üçün ən yaxşı tur şirkətini necə seçmək olar?
-
“Qarabağ" yeni qapıçı gətirir?
-
Tramp Zelenskini görün nə adlandırdı
-
Azərbaycanda quru sərhədlər AÇILIR?
-
Valideynlərə mühüm xəbər: Qeydiyyat açıldı
-
Tramp etiraf etdi - Ələ keçirilən neft...
-
Hökməli bələdiyyəsinin sədri danışdı: "Həmin şəxs tutduğu vəzifədən azad edilib"
-
Bakıda yollar tam BAĞLANACAQ? - RƏSMİ
-
ABŞ Hörmüzdə gəmi vurdu: Həlak olanlar var
-
Qarpız yükünün altından 31 kq narkotik aşkarlandı
-
Gəlinə milyonluq qızıl taxıldı - VİDEO
-
Bakıda avtobusların istiqaməti DƏYİŞDİRİLƏCƏK
-
Silk Way West Airlines Yaponiyaya uçuşlarının 10 illiyini qeyd edir
-
53 yaşlı Hollivud ulduzunun üçüncü övladı doğuldu - FOTO
-
Əməkdar artist: "Pulqabımın qiyməti 2 min dollardan ÇOXDUR" - VİDEO
-
Daha 9 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib - FOTO
-
Qızıl almaq istəyənlərə PİS XƏBƏR
-
Kamaləddin Qafarov: “Azərbaycan öz siyasətini dəqiq diplomatik strategiya əsasında qurur”
-
Rusiyada mobil internet SÖNDÜRÜLDÜ
-
56 yaşını belə qeyd etdi - VİDEO
-
ÇL: İlk finalçı müəyyənləşəcək
-
"Uşaq pulu" ilə bağlı VACİB XƏBƏR - 150 manat...
-
Biletlə bağlı qaydalar dəyişdi - Artıq yer dəyişmək olar
-
Goranboyda ağır QƏZA - 7 nəfər yaralandı





