Hadisə

Bakıda “Hyundai” markalı avtomobil yandı

23 May 2026 22:49
Baxış: 230
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytaxtın Suraxanı rayonunda avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlər tərəfindən "Hyundai" markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları yanıb. Xəsarət alan olmayıb.

Ətraf ərazilər yanğından mühafizə olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.