Hadisə

Bu qızı görənlər dərhal polisi yığsın

3 Avqust 2025 17:23
Baxış: 630
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bakıda 20 yaşlı qadın itkin düşüb.

Milli.Az xəbər verir ki, DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, Buzovna qəsəbəsində yaşayan Ş.Bayrızadənin evdən xəbərsiz çıxaraq geri qayıtmaması barədə polisə məlumat daxil olub.

Buzovna sakini Bayrızadə Şəfa Nüsrət qızı 28.07.2025-ci il tarixdə gecə saatlarında yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Ş.Bayrızadə evli olub və bir övladı var. Qadın yaşadığı ünvanı tərk edərkən əynində uzun güllü paltar olub.

Həmin şəxs axtarışa verilib. İlkin axtarışlar nəticəsində polis onun şəxsi sosial şəbəkə hesabı vasitəsi ilə əlaqə saxlaya bilib. Ş.Bayrızadə könüllü olaraq evdən getdiyini bildirsə də olduğu yer barədə məlumat verməkdən imtina edib. Hazırda həmin şəxsin yerinin müəyyən edilməsi və bu barədə yaxınlarına məlumat verilməsi istiqamətində əməliyyat-axtarış və əməliyyat-texniki tədbirlər davam etdirilir.

Şəfa Bayrızadəni görənlərdən 0776340201 nömrəsinə və ya 102 Xidmətinə zəng etmələri xahiş olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.