Qubada Birinci Qarabağ müharibəsi şəhidi Azad Məmmədovun atası İbrahim Məmmədov 83 yaşında dünyasını dəyişib.
Milli.Azxəbər verir ki, mərhum Quba şəhər qəbristanlığında dəfn olunub.
Qeyd edək ki, şəhid Azad Məmmədov 1992-ci il oktyabrın 30-da Ağdərə rayonunun Qozlu kəndində hərbi hissə rəhbərliyinin xüsusi tapşırığını yerinə yetirərkən qəhramancasına şəhid olub.
Onun adı Quba şəhərindəki 2 saylı məktəb-liseyə verilib. /Bizim.Media
Milli.Az