Hadisə

Fransada 500 hektardan çox meşə sahəsi yanır

15 Avqust 2023 07:09
Baxış: 462
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın cənubunda yanğın 500 hektardan çox meşə sahəsini əhatə edib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Sen-Andre kommunası ərazisindəki güclü yanğın səbəbindən 3 mindən çox insan təxliyə edilib. Hazırda yanğının sahəsi 530 hektara yaxındır.

Hadisə yerinə 500-dən çox yanğınsöndürən, 13 təyyarə və 3 helikopter göndərilib.

İsti hava və güclü külək yanğınla mübarizəni çətinləşdirir.

Bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron "France 2" telekanalına müsahibəsində quraqlıq səbəbindən ölkənin departamentlərinin demək olar ki, yarısının yanğın təhlükəsi altında olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.