Hadisə

Məşhur müğənninin həyat yoldaşı özünü pəncərədən atdı - FOTO

30 İyul 2023 21:00
Baxış: 4 810
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

1990-cı illərin ulduzu Natalinin əri və prodüseri Aleksandr Rudin Moskvada özünü pəncərədən ataraq intihar edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 53 yaşlı kişinin cəsədi Belomorskaya küçəsindəki evlərin birinin girişində tapılıb. Faciəli xəbəri "Mash" teleqram kanalı yayıb.

Bildirilib ki, son iki il ərzində Aleksandr koronavirus fəsadları səbəbindən depressiyadan əziyyət çəkirdi. Ölümündən bir müddət əvvəl atasının ölümü ilə əlaqədar prodüserin vəziyyəti pisləşib. İlkin məlumata görə, intihara məhz bu səbəb olub.

49 yaşlı ifaçı üçün bu, son vaxtlar üçüncü böyük itki olub: o, üç il əvvəl atasını, iki həftə əvvəl isə qayınatasını itirib.

Xatırladaq ki, Aleksandr və Natali 1991-ci ildə evləniblər. Onların üç oğul övladı var.

Milli.Az

Məşhur müğənninin həyat yoldaşı intihar etdi

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.