Hadisə

İt yeniyetmənin BURNUNU DİŞLƏDİ

3 İyul 2023 20:09
Baxış: 808
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Başqırdıstanda 14 yaşlı məktəbliyə öz iti hücum edərək burnunu dişləyib.

Milli.Az lent.az-a istinadən bildirir ki, uşağın burnunu bərpa etmək üçün əməliyyat olunub.

Məlumata görə, itin yeniyetmənin yuxarı dodağını da zədələdiyi məlum olub. O, üz-çənə cərrahiyyəsi şöbəsində mürəkkəb əməliyyat edilib. Həkimlər şagirdin vəziyyətini qənaətbəxş kimi qiymətləndirirlər.

"Həkimlər yuxarı dodaq və burnu bərpa etmək üçün kompleks rekonstruktiv plastik cərrahiyyə həyata keçiriblər, bu müddət ərzində üz nahiyəsinin anatomiyasını tamamilə bərpa edə biliblər", - xəbərdə vurğulanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.