Texnologiya

"Vine" yeni adla geri qayıtdı

27 Yanvar 2020 23:24
0 Şərh     Baxış: 977
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

2013-cü ildə istifadəyə verilmiş "Vine" tətbiqi istifadəçilər arasında çox məşhurlaşdı və qısa videolar janrını yaratdı. Beləliklə sözügedən platforma dünyaya çoxlu sayda videobloqqer bəxş etdi.

Milli.Az technote-yə istinadən xəbər verir ki, lakin 2016-cı ildə ildən sonra servis "YouTube", "Instagram", "Snapchat" və digər platformalar ilə rəqabət apara bilməyərək uğursuzluqla üzləşdi.

İndi isə "Vine" servisinin həmtəsisçisi olmuş Dom Hofmann servisin davamçısı olan "Byte" platformasının istifadəyə verildiyini elan edib.

"Vine" servisi kimi "byte" da 6 saniyəlik qısa videoların yaradılması imkanını verir. Uzunmüddətli perspektivdə "byte" tərtibatçıları kontent yaradıcılarına müəyyən məbləğlər ödəmə imkanını verəcək əməkdaşlıq proqramını da işə salacaqlarını söz veriblər.

Yeni mobil tətbiq artıq "Google Play" və "App Store" online mağazalarında aktivdir. Həmin tətbiqi yükləyərək "Google" və "Apple" ID istifadəçi hesabları vasitəsilə orda qeydiyyatdan keçmək olar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.