Smartfondan həddən artıq istifadə gözaltı qaralmalara və sızanaqlara səbəb olur
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Texnologiya həyatımızı asanlaşdırsa da, onun insan sağlamlığı və görünüşü üzərindəki təsirləri hələ də ciddi şəkildə öyrənilməkdədir. Ən çox istifadə etdiyimiz cihazlardan biri olan smartfonlar isə artıq təkcə psixoloji və görmə problemləri deyil, eyni zamanda xarici görünüşümüzə də mənfi təsir göstərməyə başlayıb.
Milli.Az xəbər verir ki, rusiyalı dermatoloq və kosmetoloq Olqa Andriyanova "Gazeta.ru"ya verdiyi müsahibəsində bildirib ki, smartfonlara həddindən artıq vaxt ayırmaq xarici görünüşə ciddi şəkildə mənfi təsir göstərir.
Mütəxəssisin sözlərinə görə, insanların yatmazdan əvvəl telefonda sosial şəbəkələrdə vaxt keçirməsi, yazışması və serial izləməsi zamanı aldığı bədən duruşu xüsusilə başın aşağı salınması boyun nahiyəsində qırışların yaranmasına və "ikinci buxaq" deyilən görünüşün formalaşmasına səbəb olur. Bu da üz dərisinin sallanmasını sürətləndirir və "kompüter boynu" və ya "telefon boynu" adlanan fiziki dəyişikliyin meydana gəlməsinə səbəb olur. Bu hallar əvvəllər kompüterlə işləyənlərdə müşahidə olunurdusa, artıq demək olar ki, hər ikinci smartfon istifadəçisində görülür.
Andriyanova əlavə edib ki, smartfondan davamlı istifadə yalnız boyun və üzə deyil, göz ətrafına da mənfi təsir göstərir. Daimi baxış gərginliyi nəticəsində göz qapaqları yorulur, kapilyarlar partlaya bilir və gözaltı qaralmalar əmələ gəlir. Nəticədə insan daha yorğun və yaşlı görünür.
Bundan başqa, telefonun üzə sıx çəkilməsi gigiyenik risklər daşıyır. Smartfonlar patogen mikroorqanizmlərin daşıyıcısına çevrilərək, xüsusilə yanaq hissəsində sızanaqların yaranmasına səbəb ola bilər. Bu səbəbdən mütəxəssis cihazların mütəmadi olaraq spirtli salfetlərlə təmizlənməsini tövsiyə edir.
Sonda isə Olqa Andriyanova balanslı və sağlam həyat üçün smartfona sərf olunan vaxtın azaldılmasını məsləhət görüb. O, açıq havada vaxt keçirməyin, idmanla məşğul olmağın və sosial ünsiyyətin həm sağlamlığa, həm də görünüşə daha faydalı olduğunu vurğulayıb.
Asya
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Çində 4 metrlik nəhəng humanoid robot təqdim edildi: 500 kq yük qaldırır - (Fotolar)
-
Almaniyada azyaşlı qıza qarşı nalayiq hərəkətlərdə ittiham olunan robot saxlanıldı - (Video)
-
IV CINEMO Beynəlxalq Mobil Film Festivalının Mükafatlandırma Mərasiminin tarixi bəlli oldu
-
Teleqramda yenilik: TikTok və İnstagram formalı xəbər lenti gəlir
-
İşinizi itirə bilərsiniz: Süni intellektin əvəz edə biləcəyi 6 peşə
-
Soyuducunu bu vasitə ilə təmizləməyin
XƏBƏR LENTİ
-
Bakıda 2 yaşlı qız su kanalında boğularaq ölüb
-
Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?
-
Azərbaycanda payız yay havasına döndü
-
Avropa Liqası: "Beşiktaş" İngiltərə, "Yuventus" Fransa klubuna qarşı
-
Sabahdan bu məhsulların ixracı kəskin bahalaşacaq
-
"Səni sabah bu gündən daha çox sevəcəyəm"
-
Azərbaycan nefti bahalaşdı
-
Sergen Yalçının Türkiyə millisindəki qazancı bəlli oldu
-
Qarabağ xalçası Peruda muzeydə nümayiş etdiriləcək
-
Qazın qiyməti ucuzlaşdı
-
Gələn ay 5 gün tətil olacaq - Tarixlər açıqlandı
-
Səudiyyə Ərəbistanında hava limanına dron hücumu - Ölən və yaralananlar var
-
Paşinyanla Kobaxidze sammit üçün Brüsselə gedir
-
Qubada kişinin meyiti həyətdə tapıldı
-
Çinli müğənni konsertdə səhnədən yıxıldı (Video)
-
İsti havada kondisioneri qoşmaq qərarını sürücü verə bilməz – “BakuBus”
-
Neftin qiyməti kəskin bahalaşdı
-
Pendirdən daha çox kalsium ehtiva edir - sümükləri betona döndərir
-
Çox yaşamaq istəyirsinizsə it saxlayın
-
"Atam məni qəbul etmədi, öləndə də danışmadı" - Nurəddin Mehdixanlı
-
Kondisionerdən soyuqdəymə mifdir, yoxsa reallıq?
-
Makaronun sirri unda yox, formasındadır - Ən faydalı növü bəlli oldu
-
Dibçəyə 1 stəkan əlavə edin - solğun gülləri canlandırır
-
Ağcaqanadlara qarşı lazer silahı: Bir gecədə evdəki bütün həşəratları yox etdi





