Texnologiya

Məşhur sosial şəbəkə bağlandı

26 Oktyabr 2024 20:07
Baxış: 469
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"ASKfm" sosial şəbəkəsinin elementləri olan sual-cavab xidməti dekabrın 1-dən fəaliyyətini dayandıracaq.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə platformanın öz saytında elan yerləşdirilib.

Tərtibatçılar izah ediblər ki, platforma müasir istifadəçilərin ehtiyaclarına cavab vermədiyi üçün 10 ildən çox davam edən maraqlı səyahətin başa çatdığını elan etməli olublar.

Onların bəyanatına görə, yeni istifadəçilərin qeydiyyatı oktyabrın 24-də dayandırılıb və platformanın funksiyalarına dəstək tədricən dayandırılmağa başlayacaq.

"Şirkətin tarixi boyu komanda istifadəçilərin şəxsi məlumatlarının təhlükəsizliyinə böyük diqqət yetirib. Bununla əlaqədar olaraq, bütün şəxsi məlumatlar ən qısa zamanda silinəcək", - tərtibatçılar vurğulayıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.