Texnologiya

“WhatsApp”da çoxdan gözlənilən yenilik

25 Oktyabr 2024 11:30
Baxış: 502
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" yeni funksiya üzərində işləyir.

Milli.Az-ın məlumatına görə, "Meta" "Instagram"da mövcud olan hekayəyə musiqi əlavə etmə xüsusiyyətini "WhatsApp"da da istifadəyə verməyə hazırlaşır.

Bu xüsusiyyət sayəsində istifadəçilər foto və ya video status paylaşımında mahnılardan istifadə edə biləcəklər.
Hələlik sözügedən funksiya sınaq mərhələsindədir. Odur ki, funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Qeyd edək ki, 180-dən çox ölkədə 2 milyarddan çox insan istənilən vaxt və hər yerdə dostları və ailəsi ilə əlaqə saxlamaq üçün "WhatsApp"dan istifadə edir. "WhatsApp" ödənişsizdir və bütün dünyada telefonlarda mövcud olan sadə, təhlükəsiz, etibarlı mesajlaşma və zəngetmə xidmətlərini təklif edir.

İlqar Şabanov
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.