Texnologiya

"WhatsApp"da möhtəşəm FUNKSİYA - FOTO

23 Oktyabr 2024 16:34
Baxış: 875
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Populyar mesajlaşma tətbiqi "WhatsApp" kontaktların idarəedilməsi üsulunda çoxdan gözlənilən yeniləməni elan edib. Artıq istifadəçilər "WhatsApp Web" və "Windows" əməliyyat sistemi olan kompüterlər də daxil olmaqla istənilən cihazda təhlükəsiz şəkildə kontakt əlavə edə və redaktə edə biləcəklər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, əvvəllər bu imkan yalnız telefonlarda mövcud idi - istifadəçilər telefon nömrəsi və ya QR-kod istifadə edərək kontakt əlavə edə bilirdilər.

Bildirilir ki, yeni funksiya istifadəçiləri kontaktları telefon kitabçasında saxlamaq zərurətindən azad edir.

Tərtibatçılar bu yeniliyin xüsusilə ümumi cihazlardan istifadə edənlər, yaxud şəxsi və işgüzar yazışmaları müxtəlif "WhatsApp" hesablarında ayırmaq istəyənlər üçün faydalı olduğunu vurğulayıblar.

Bundan əlavə, birbaşa tətbiqə əlavə edilmiş kontaktları telefon itirildikdə və ya "WhatsApp"a başqa cihazdan daxil olduqda belə, bərpa etmək mümkün olacaq.

"WhatsApp" tərtibatçıları, həmçinin, kontaktları istifadəçi adı ilə saxlamaq və idarə etmək imkanı barədə gələcək planlarına işarə ediblər.

"Bunun sayəsində siz telefon nömrənizi açıqlamadan ünsiyyət qura biləcəksiniz, yazışmalarınız isə daha məxfi olacaq", - deyə bloqdan vurğulanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.