Texnologiya

10 il ərzində bu peşələr yox olacaq

12 Oktyabr 2024 16:01
Baxış: 403
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son illərdə süni intellekt sahəsində əldə edilən böyük irəliləyişlər həyatın demək olar ki, hər sahəsində əhəmiyyətli faydalar təmin edir. Bəs, yaxın 10 il ərzində yoxa çıxacaq peşələr hansılardır?

Milli.Az lent.az-a istinadən bildirir ki, süni intellektin bir çox peşə sahələrində geniş şəkildə istifadə edildiyini müşahidə edirik. Xüsusilə kənd təsərrüfatı sektorunda diqqətçəkən inkişaflar baş verir. O, kənd təsərrüfatında məhsuldarlığı artırmaq, resurslardan istifadəni optimallaşdırmaq və ətraf mühitə təsirləri azaltmaq üçün mühüm həllər təklif edir. Təəssüf ki, süni intellekt kənd təsərrüfatı işçilərinin yerini alacaq. Bununla yanaşı, süni intellektin çağrı mərkəzi işçiləri, məlumat girişi və inzibati dəstək işçiləri, kargo və anbar işçiləri, istehsal və montaj işçiləri ilə müştəri təmsilçilərinin də yerini alacağı deyilir.

Süni intellektə görə qarşıdakı 10 il ərzində yox olacaq peşələr aşağıdakı kimi sıralanıb:
 
Çağrı mərkəzi işçiləri
 Məlumat girişi və inzibati dəstək işçiləri
 İstehsal və montaj işçiləri
 Kargo və anbar işçiləri
 Birja brokerləri və maliyyə analitikləri
 Hüquq asistentləri
 Qəzet və jurnal redaktorları, müxbirlər
 Müştəri təmsilçiləri
 Pərakəndə satış işçiləri
 Kənd təsərrüfatı işçiləri

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.