Texnologiya

Venesuela “X”i bağlayır

9 Avqust 2024 10:20
Baxış: 625
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Venesuelada "X" sosial şəbəkəsinin fəaliyyəti 10 gün müddətinə dayandırılır.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Prezident Nikolas Maduronun təlimatı əsasında Milli Telekommunikasiya Komissiyası qərar qəbul edib.

N. Maduro bunu "X" sosial şəbəkəsinin bütün normaları pozması, nifrət və şiddət yayması ilə əlaqələndirib: "Elon Maskın sahibi olduğu "X" sosial şəbəkəsi bütün qanunları pozub. Bu ölkədə faşizm, vətəndaş müharibəsi, ölüm və nifrət yaymağa son qoyun artıq! Venesuelada qanunlar var və onlara hörmət olunmalıdır".

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyədə instaqram sosial şəbəkəsi bloklanıb. Dövlət rəsmiləri bunu instaqramın qoyduğu qadağalar arasında yer alan çoxsaylı cinayət paylaşımları ilə bağlı şərtlərə əməl edilməməsi ilə əlaqələndiriblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.