Texnologiya

“Instagram”da qalmaqallı yenilik - Boşanmaların sayı artacaq

30 İyun 2024 20:00
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu funksiya ilə istifadəçilər üç nəfərə qədər şəxsə öz hesablarına giriş icazəsi verə biləcəklər. Bu şəkildə parolları paylaşmağa ehtiyac qalmayacaq.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, səlahiyyət verilmiş şəxslər hesabdakı yazıları redaktə edə, mesajlara cavab verə və hətta hekayələr paylaşa biləcəklər.

Digər tərəfdən, hesabın paylaşıldığı insanlar hesabı deaktiv edə və ya istifadəçi adı və parol kimi həssas məlumatlara dəyişiklik edə bilməyəcəklər.

Tətbiq daxilində hesablara giriş icazəsi olan şəxsləri görmək olar və hesabın ilk sahibləri istədikləri zaman digər istifadəçilərin icazəsini ləğv edə biləcəklər.

Bundan əlavə, hesab sahibləri digər istifadəçilərin fəaliyyətini də görə biləcəklər. Yeni funksiya hazırda sınaq mərhələsindədir və onun nə vaxt istifadəyə veriləcəyi dəqiq bilinmir.

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.