Texnologiya

"Windows 10"da yeniliklər var

29 İyun 2024 09:05
Baxış: 452
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Acros Security" "Microsoft" tərəfindən 14 oktyabr 2025-ci il üçün təyin edilmiş dəstəyin rəsmi sona çatmasından sonra beş il müddətində "0Patch" mikropatç xidməti vasitəsilə "Windows 10" əməliyyat sistemi üçün yeniləmələri təqdim etməyə davam edəcəyini açıqlayıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, "0Patch" artıq "Windows 7", "Server 2008" və "Microsoft Office" kimi köhnə məhsullar üçün etibarlı yeniləmə provayderi olduğunu sübut edib. Xidmət hazırda "Microsoft"un rəsmi dəstəyini dayandırdığı altı "Windows 10" versiyasını dəstəkləyir, lakin istifadəçilər hələ də sistemlərini "22H2" versiyasına təkmilləşdirə və 2025-ci ilə qədər "Microsoft"dan pulsuz yeniləmələr ala bilərlər.

"0Patch" daha sonra "Windows 10" üçün təhlükəsizlik yeniləmələrinin əsas mənbəyinə çevriləcək. Xidmətə illik abunəlik fiziki şəxslər və kiçik bizneslər üçün hər cihaz üçün 25 avroya, müəssisə müştəriləri üçün isə 35 avroya başa gəlir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.