Texnologiya

"WhatsApp"da hər kəsi sevindirəcək YENİLİK - statuslara daxil olmadan... - FOTO

5 İyun 2024 16:19
Baxış: 1 373
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"WhatsApp" messenceri istifadəçilərə yeni funksiyanı açıqlayıb.

Bəs yenilik nədir?

Milli.Az baku.ws-ə istinadən bildirir ki,"WhatsApp" paylaşılan statuslara daxil olmadan önizləməyə imkan verəcək funksiya üzərində işləyir. Bu da istifadəçilərə hər statusu açmağa ehtiyac olmadan onlara əvvəlcədən baxmaq imkanı verir.

Qeyd etmək çox vacibdir ki, yeni status yeniləmələri lövhəsi istifadəçilərə status yeniləmələrinin önizləməsini böyük eskiz vasitəsilə görməyə imkan verəcək. Bu təkmilləşdirmə istifadəçilərin hər bir yeniləməni ayrı-ayrılıqda açmaq ehtiyacını aradan qaldıraraq, istifadəçilərin işini asanlaşdıracaq.

Bildirilir ki, yenilk bəzi "WhatsApp" istifadəçiləri üçün əlçatandır və onlar yaxın günlərdə daha çox istifadəçiyə təqdim ediləcək.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.