Texnologiya

“Samsung”dan yeni rekord yaddaşlı telefon

13 Mart 2024 21:30
Baxış: 2 080
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Samsung" şirkəti 12 giqabayt yaddaşa malik "Galaxy A55" smartfonunu təqdim edib. 

Milli.Az lent.az-a istinadən bildirir ki, bu barədə "SamMobile" məlumat yayıb.

Cihazın 12 giqabayt operativ yaddaş alan markanın ilk sub-flaqmanı olduğu ortaya çıxıb.

Bu, "Samsung" cihazları üçün rekorddur. Çünki əvvəllər bu həcmdə yaddaşı yalnız flaqman qurğular alırdı.

Qadcet "Exynos 1480" prosessoru, ən azı 8 giqabayt operativ yaddaş və 128 giqabayt daxili yaddaşla təchiz edilib. Smartfon 6,6 düymlük Super AMOLED displeyə malikdir, 120 Hz tezliyi və Always-on displey funksiyasını dəstəkləyir. Qadcetin arxa panelində 50, 12 və 5 meqapiksel təsvir ölçülü linzaları olan üçlü kamera var. O, saniyədə 30 kadr sürətlə 4K-da video çəkə bilir.

"Galaxy A55" həmçinin 25 vatt sürətli doldurma dəstəyi ilə 5000 milliamper-saatlıq batareyaya malikdir. Telefonda ekranın altında qurulmuş barmaq izi sensoru, 32 meqapiksellik ön kamera, One UI 6.1 qabığı ilə Android 14 var. "Samsung" dörd illik Android yeniləmə dəstəyi vəd etdi. "Galaxy A55"in əsas versiyasının qiyməti 479 avro təşkil edir. 

Milli.Az
​Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.