Texnologiya

“Google” bu səhvini etiraf etdi - 1,7 milyard dollar ödəyəcək

25 Yanvar 2024 08:49
Baxış: 891
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-nin texnologiya nəhəngi "Google", şirkətin süni intellekt (Sİ) avadanlıqlarında tətbiq edilən çiplərlə bağlı patent pozuntusu iddiasında razılığa gəlib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, iddiaçı, "Google"un verilənlərin (data) emalı sahəsindəki innovasiyalardan sui-istifadə etdiyinə görə 1,67 milyard dollar məbləğində təzminat tələb edən "Singular Computing" şirkəti olub.

Bundan əvvəl massaçusetsli kompüter alimi Cozef Beyts tərəfindən təsis edilmiş "Singular", "Google"un öz texnologiyasını "Google Search", "Gmail", "Google Translate" və digər xidmətlərdə Sİ funksiyalarını dəstəkləyən prosessorlara daxil etdiyini bildirmişdi.

2019-cu il iddiasında Beytsin 2010-2014-cü illər arasında ixtiralarını şirkətlə paylaşdığı bildirilir. İddiada həm də "Google"un tenzor prosessorlarını Beytsdən köçürdüyü və iki patenti pozduğu qeyd olunub. "Google" ittihamları rədd edərək qeyd olunan texnologiyaları müstəqil şəkildə hazırladığını bildirib.

Nizamlanmanın təfərrüatları hələlik açıqlanmayıb. "Google" və "Singular"ın nümayəndələri jurnalistlərə razılaşmanı təsdiqləsələr də, əlavə məlumat verməyiblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.