Dünyanın ən böyük mesajlaşma proqramı olan Vatsap , oktyabrın 24-dən etibarən bəzi smartfonlarda işləməyəcək.
Milli.Az Bakupost.az-a istinadən xəbər verir ki, Vatsap oktyabrın 24-dən etibarən Google mobil əməliyyat sisteminin Android 5.0 və daha köhnə versiyalarında mövcud olmayacaq.
Google Nexus 7, Sony Xperia Z, LG Optimus G Pro və HTC One kimi bir vaxtların məşhur telefonları artıq WhatsApp-ı dəstəkləməyəcək.
Bundan əlavə, Samsung-un Galaxy Note 3 və Galaxy S4 də WhatsApp dəstəyini itirəcək.
Milli.Az