Texnologiya

Köhnə "iPhone" istifadəçilərinə ŞAD XƏBƏR: "Apple" 65 dollar ödəyəcək

16 Avqust 2023 23:54
Baxış: 3 374
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Apple" şirkəti smartfonlarının sürəti azalan "iPhone" istifadəçilərinə təzminat ödəməyə başlayacaq.

Milli.Az Publika.az-a istinadən xəbər verir ki, bu barədə "The Mercury News" məlumat yayıb.

Bildirilib ki, korporasiya məhkəmə yolu ilə cihazlarda problem olduğunu bildirən smartfon sahiblərinə hər birinə 65 dollar və ya təxminən 110,11 AZN ödəyəcək. "Ümumilikdə, "Apple" təxminən 500 milyon dollar ödəyəcək. Bu barədə korporasiyanın hüquqşünasları və smartfon sahibləri hələ 2020-ci ildə razılaşıblar.

Amerika brendinin cihazlarının istifadəçilərinin şirkəti köhnə smartfonların işini qəsdən yavaşlatmaqda günahlandırdığı məhkəmə iddiası hələ 2017-ci ildə qaldırılmışdı. Ümumilikdə 3 milyona yaxın istifadəçi korporasiyaya qarşı iddia qaldırıb. Məlumdur ki, köhnə akkumulyatoru olan qurğular daha yavaş işləyə bilərdi, lakin "Apple" ilkin olaraq qadcetlərinin bu xüsusiyyətini tanımırdı.

İddiaçıların nümayəndələrinin sözlərinə görə, "iPhone 6", "6 Plus", "6s", "6s Plus", "SE", "7" və "7 Plus" smartfonlarının sahibləri kompensasiya alacaqlar. 2020-ci ildə müraciət edən istifadəçilər ödənişə arxalana biləcəklər.

2022-ci ilin iyul ayında məlum olub ki, "Apple" problemli klaviaturası olan "MacBook" sahiblərinə 50 milyon dollar ödəyəcək. Müqavilə 2015-2019-cu illər arasında "MacBook", "MacBook Air" və əksər "MacBook Pro" modellərini almış müştəriləri əhatə edirdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.