Texnologiya

“WhatsApp”da “birdəfəlik” baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub

21 Avqust 2022 10:22
0 Şərh     Baxış: 1 900
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"WhatsApp" messencerində "birdəfəlik" baxmaq üçün nəzərdə tutulan foto və videolarda yenilik olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu tip faylların ekran görüntüsünü qeyd etmək mümkün olmayacaq.

Belə qadağa artıq Android proqramının beta versiyasında sınaqdan keçirilir.

"WhatsApp" "birdəfəlik" faylı göndərməzdən əvvəl istifadəçini ona yalnız bir dəfə baxa bilməsi haqqında məlumatlandırır.

Mesajı başqasına yönləndirmək, saxlamaq, surətini çıxarmaq və ya ekran görüntüsünü çəkmək mümkün olmayacaq.

Bununla belə, "WABetaInfo" nəşrinin müəllifləri qeyd edirlər ki, istifadəçiyə ekranda baş verənləri başqa smartfonun kamerasında qeyd etməyə heç nə mane olmayacaq.

"WhatsApp" da bu risklərlə bağlı xəbərdarlıq etsin.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.