Texnologiya

“Whatsapp”da yeni funksiyalar istifadəyə verildi

19 İyun 2022 13:45
0 Şərh     Baxış: 1 169
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"WhatsApp"ın tərtibatçıları bir sıra yenilikləri özündə cəmləşdirən messencerin yenilənmiş versiyasını təqdim ediblər.

Milli.Az oxu.az-a istinadən bildirir ki, artıq istifadəçilər qrup zəngləri zamanı digər iştirakçıların səsini tamamilə ala bilərlər. Bildirilir ki, bu, həmsöhbətlərdən biri mikrofonu söndürməyi unutduqda, çox faydalı ola bilər.

Xüsusiyyət qrup zənginin hər bir üzvü üçün əlçatan olacaq və menecer tərəfindən məhdudlaşdırılmayacaq.

Həmçinin qrup zənginin iştirakçıları bir-birlərinə şəxsi mesajlar göndərmək imkanı əldə edəcəklər. Bununla yanaşı, yeniliyə əsasən, qrup çatına yeni istifadəçi qoşulduqda bütün iştirakçılara xüsusi bildiriş göndərilcək.

Sözügedən funksiyalar həm "Android", həm də "iOS" sistemləri üçün keçərlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.