"Android Authority" nəşri istifadəçilərin istəklərinə əsaslanaraq, müasir smartfonlarla bağlı əsas şikayətləri və 2022-ci ildə cihazlarda görmək istənilən funksiyaları sadalayıblar.
Milli.Az oxu.az-a istinadən xəbər verir ki, mütəxəssislər ilk növbədə sistem yeniləmələrinə diqqət yönəldərək, gələcəyin smartfonlarından daha uzunmüddətli yeniləmə dəstəyi gözlədiklərini bildiriblər.
"Biz istəyirik ki, brendlər köhnə top modelləri yeniləməkdə daha fəal olsunlar", - deyə ismarışda bildirilir.
Jurnalistlər həmçinin telefon alarkən istehlakçıya şarj qurğusu seçiminin verilməsini təklif ediblər.
"Daha çox şirkət mülkiyyət standartlarından əl çəksə, əla olardı", -deyə müəlliflər vurğulayırlar. Onların fikrincə ideal smartfon istənilən aksesuarla sürətli şarjı dəstəkləməlidir.
Jurnalistlər istifadəçilərə seçim imkanı vermək üçün 2022-ci ildə daha çox brendin qatlana bilən smartfonlar buraxmasını gözləyirlər.
Bundan başqa qadcet istehsalçılarından iki meqapiksellik kameralardan imtina xahiş edilib.
Milli.Az