Hamiləlikdə ana və körpənin sağlamlığı üçün nələrə diqqət edilməlidir?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Hamilə qadınlarda leptin hormonunun səviyyəsinin normada saxlanması çox vacibdir.
Milli.Az xəbər verir ki, Kliniki Tibbi Mərkəzin həkim mama-ginekoloqu Şölə Səfərovanın sözlərinə görə, "Toxluq hormonu" olaraq bilinən leptin adipositlərdə sintez olunan hormondur və bədən çəkisinin idarə olunmasında əhəmiyyətli rol oynayır. Çünki leptin bədənin enerji balansını tənzimləyən əsas hormonlardan biridir və hamiləlik dövründə bir çox funksiyalar üçün mühüm rola malikdir. Bu hormonun düzgün səviyyədə olması ana və körpənin böyümə və inkişafını təmin edir.
"Leptin hormonunun hamiləlik dövründə normadan aşağı və ya yuxarı olması bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər. Bu hormon hamilə qadınların enerji balansını tənzimləmək və dölün inkişafını dəstəkləmək üçün vacibdir. Hormonun səviyyəsinin balanssız olması həm ana, həm də uşaq üçün müxtəlif risklər yarada bilər. Leptin hamiləlik dövründə plasentanın inkişafına və körpənin böyüməsinə kömək edir".
Həkim bildirir ki, bu hormon döldə endotel hüceyrələrdə, plasentada sinsitotrofoblastlarda sintez olunur. Hamiləlik zamanı leptin hormonunun səviyyəsi əhəmiyyətli dərəcədə dəyişir: "Belə ki, hamiləlik dövründə bu hormonun səviyyəsi yüksəlir, hamiləlikdən sonra isə aşağı enir. Yüksək leptin olarsa, şəkərli diabetli uşaqlarda iri döl, aşağı leptin olarsa, preeklampsiya və s. patologiyalarda dölün bətndaxili inkişaf ləngiməsi ola bilər".
Şölə Səfərova hamilə qadınlara leptin səviyyələrinin normada saxlanması üçün bir sıra qaydalara riayət etməyi tövsiyə edir:
"Bunun üçün hamilə qadınlar yaxşı pəhriz saxlamalı, müntəzəm fiziki fəaliyyətlə məşğul olmalı, yüksək kalorili, şəkərli və yağlı qidalardan çəkinməli, stresdən uzaq durmalıdırlar. Eyni zamanda yuxu müddətinə və keyfiyyətinə diqqət yetirmək, mütəmadi həkim nəzarətində olmaq məsləhətdir".
Aysel Əkbər
Milli.Az
XƏBƏR LENTİ
-
Günün qoroskopu: Fürsətlərlə dolu bir gündür
-
Kənar dairəvi yoldakı qəzanın anbaan (Videosu)
-
Zelenskinin Ofisi Trampın təklifi barədə məlumatı təkzib edib - Yenilənib
-
“Gecələr yuxumu qaçıran təhlükə...” - ÜST rəhbərindən xəbərdarlıq
-
Hakan Sabancı Bakıda - (Video)
-
Azərbaycanda korrupsiya barədə məlumat verənlərə mükafat veriləcək
-
Yusif Mustafayev 17 kiloqram arıqlayıb
-
Səidcəmşid Cəfərov Avropa çempionu olub
-
Deniz Baysal boşandı - (Foto)
-
İçərişəhər avtomobillər üçün məhdudlaşdırılır? - rəsmi açıqlama
-
Bill Qeyts: Süni intellekt 1 milyard insanın ölümünə səbəb ola bilər
-
Mədəni irsin qaytarılması gündəliyi: Gəncə qapıları üçün də ədalət vaxtıdır
-
Bakıdakı investisiya forumunda iqtisadiyyatın şaxələndirilməsi və Orta Dəhlizin rolu müzakirə olunur
-
Türkiyənin "Adriana Lima"sı saxlanıldı - (Foto)
-
Ali rütbə alan İsmayılov bu tanınmış şəxsin qardaşıdır
-
İnklüziv çoxtərəflilik milli suverenliyin qorunması və iqtisadi tərəqqi üçün vacibdir - Ceyhun Bayramov - (Foto)
-
Biran Damla Yılmaza 6 ay həbs cəzası verildi
-
Ödəniş kartlarının sayına tətbiq edilən yeni yanaşmanın məqsədi açıqlanıb
-
Ceyhun Bayramov İƏT Nazirlər Şurasının iclasında Azərbaycan-Ermənistan sülh prosesindən danışıb - (Foto)
-
“Sabah”ın dörd ev oyunu üçün VIP biletlərinin qiyməti açıqlandı
-
Əməkdar artistin oğlu və gəlini belə görüntüləndi - (Video)
-
"Mançester Siti" Premyer Liqadan kənarlaşdırıla bilər
-
Ceyhun Bayramov Nyu-Yorkda TDT iclasına sədrlik etdi - (Foto)
-
Polşa futbolunun əfsanəsi “Qarabağ”dan ayrıldığına görə Koxalskini tənqid etdi





