Sağlamlıq

Kişilərdə səsin dəyişməsi, xırıldaması xərçəngin əlaməti ola bilər

26 Noyabr 2021 22:12
0 Şərh     Baxış: 917
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ağciyər və qırtlaq xərçənginin əlamətlərindən biri səsdə dəyişmə, batma, xırıltılı ola bilər.

Milli.Az xəbər verir ki, bunu rusiyalı onkoloq Mixail Davıdov bildirib.

Həkim qeyd edib ki, bu simptom şiş qırtlaq sinirini sıxdığı üçün baş verir.
"Lakin bu əlamət artıq xəstəlik irəliləyəndə başlayır. Ondan öncə sinədə sıxılma, öskürək və s. yaranır.

Ona görə 50 yaşdan yuxarı kişinin səsinin dəyişdiyini ailə üzvü hiss edərsə, mütləq döş qəfəsi KT olunmalıdır. Eləcə də bunu kovid keçirib sağalan, lakin heç vaxt KT etdirməyənlər də etməlidir. Çünki kovid ağciyərlərdə fibroz yaradır və bu qalıqlar gələcəkdə problem yarada bilər.

Ağciyərlərdə xışıltı, quru öskürək, təngnəfəslik astma, bronxit, tromboemboliyada, vərəmdə də ola bilər. Amma indi ağciyər xərçəngi çox yayıldığı üçün bunu vaxtında aşkarlamaq mütləqdir". /medicina.az

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory