Uşaqları körpə vaxtından soyuq havaya öyrəşdirmək...
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Soyuq aylarda azyaşlılar böyüklərlə müqayisədə virus və infeksion xəstəliklərə daha tez yoluxurlar. Bunun başlıca səbəbi vitamin çatışmazlığı və immunitetin zəif olmasıdır. Həkimlərin dediyinə görə, uşaqların immun sisteminin möhkəmlənməsi üçün onları erkən yaşlarından soyuq hava şəraitinə öyrəşdirmək lazımdır. Həmçinin azyaşlıların həddindən artıq qalın geyindirilməsi məsləhət deyil.
Milli.Az bildirir ki, həkim-pediatr Günay Rəsulova deyib: "Uşağın soyuq havaya öyrəşdirilməsi onların immun sistemini möhkəmləndirməkdə çox mühüm rol oynayır. Təəssüf ki, bəzi valideynlər uşaqları həddindən artıq istiyə öyrəşdirməyə meyillidir. Bunun ziyanı odur ki, havalar soyuyanda, uşaq isti şəraitdən soyuq şəraitə keçəndə onun həmin şəraitə uyğunlaşmağı zəif olur və həmin soyuq uşaq orqanizmi üçün bir stres faktoruna çevrilir. Bunun baş verməməsi üçün uşaq lap körpəlikdən yavaş-yavaş, tədricən həmin şəraitə öyrəşdirilməlidir".
Onun sözlərinə görə, uşağın qaldığı otağın temperaturu maksimum 20-24 dərəcə olmalıdır. Həmçinin körpəni hər gün açıq havada ən azı bir saat gəzdirmək lazımdır: "Həmin temperaturda, deyək ki, 30-32 dərəcə isti temperatura uyğunlaşan uşaq xarici mühitə çıxanda tez xəstələnir. Bundan başqa uşağın soyuğa uyğunlaşdırılması və həmin mikroblarla təmas zamanı xəstələnməməsi üçün otağın temperaturunu normadan aşağı salmaq lazımdır. Lakin əksər ailələrdə valideynlər bunun əksini edərək otağı normadan isti saxlayırlar. Bu zaman otaqda yüksək temperatur nəticəsində uşağın nəfəs yollarında istidən quruma və qıcıqlanma baş verir, daha sonra isə öskürmə və burun tıxanması yaranır".
Hətta körpənin hərarəti yüksələndə belə onu havaya çıxarmaq lazımdır. Bununla yanaşı, yeni doğulan uşaqları hər gün ilıq su ilə çimizdirmək tövsiyə olunur. 2 yaşdan sonra isə balacaları soyuq qidalara öyrəşdirmək məsləhət görülür.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Gələcək analara xəbərdarlıq - Hamiləlikdə bunu etmək risklidir
-
"İki nəfər üçün yeməlisən" deyirlər, amma… - Hamiləliklə bağlı məşhur yanlış
-
"Sadəcə öskürəkdir" deməyin - Həftələrlə davam edirsə…
-
Hündürdaban ayaqqabının bu təhlükəsini heç kim bilmir - Xəbərdarlıq
-
Aldığımız ətin mənşəyini necə öyrənə bilərik? - (Video)
XƏBƏR LENTİ
-
Ağ ya da qırmızı deyilmiş: Ən sağlam soğan məlum oldu
-
Ofisdə "qocalma" qorxusu - Çətirlə işləməyə başladılar
-
Kadir İnanırın sərvəti qalmaqal yaratdı
-
Lombardlara gipsdən hazırlanmış "iPhone" verən şəxs saxlanılıb - (Foto)
-
“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...” - Marin Le Pen
-
"ABŞ-də yanacağın qiymətinin kəskin artacağı gözlənilir"
-
"Matrisada nasazlıq": Cennifer Lopesin oxşarı həbs edildi - (Foto)
-
İrəvan məhkəməsi Samvel Karapetyanla bağlı qərar verdi
-
Günün qoroskopu: Sevdiyiniz insana qarşı daha anlayışlı olmağa çalışın
-
Bu gün Azərbaycanda Milli Musiqi Günüdür
-
Tramp İranla müharibədə dönüş nöqtəsi elan edib
-
Conidən haqqında yayılan xəbərlərə reaksiya - Yenilənib - (Video)
-
Polşada Azərbaycana qarşı təxribat - (Video)
-
Bakının bəzi ərazilərində işıq olmayacaq
-
"Teşkilat"ın yayım tarixi bilindi
-
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - (Video)
-
Bakının bu ərazilərində qaz kəsiləcək
-
Hüseyn əməliyyat olundu - (Foto)
-
Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Birinci xanım Mehriban Əliyeva ilə Şamaxıya səfəri ilə bağlı görüntülər paylaşılıb - (Video)
-
“İnsanlar artıq evlənmirlər, hara gedirik?” - Nigar Mahmudova - (Video)
-
TDT-də yeni strategiya: Təhlükəsizlikdən enerji dəhlizlərinə qədər vahid güc mərkəzi
-
Zolqədr: Tramp və Netanyahu hakimiyyətdə olduğu müddətdə Hörmüz boğazını açmayacağıq
-
Cəlilabadda içməli su xəttində qəza - Yolu su basdı
-
Unu kağız torbada saxlamayın: Zərərvericilərdən və nəmdən belə qoruyun





